Su altında qalan şəhərə aid tapıntılar - FOTOREPORTAJ

Su altında qalan şəhərə aid tapıntılar -  FOTOREPORTAJ
  03 İyul 2019    Oxunub:10577
Xəzər dənizinin sahilindən IX-XII əsrlərə aid keramik qablar tapılıb. Müxtəlif vaxtlarda aşkar edilən tarixi eksponatlar Şirvan Milli Parkında yaradılan Ekoturizm mərkəzində saxlanılır.

Şirvan Milli Parkının rəhbər müavini Seymur Kərimov Azvision.az-a bildirib ki, həmin əşyalar su altında qalan Bəndova şəhərinin sakinlərinə məxsus olub.
"Dəniz sahilindən nə tapırıqsa, onu muzeyə qoyuruq. Son illər qalıqlar az çıxır. Onlar əsasən duluzçuluqla məşğul olublar. Həmin qabların üzərində ustalar öz adlarını qeyd ediblər. Görünən rənglər min ilin təbii rəngidir. Təbii boyadan istifadə edilib deyə, min ildir ki, Xəzər dənizi onları məhv edə bilməyib, rəngləri olduğu kimi qalıb. Keramik qabların çoxu qab-qacaq və işıqlandırma üçün istifadə olunan lampalardır. Lampaları balıq yağıdan istifadə edərək yandırıblar. XII əsrdən sonra Xəzər dənizinin səviyyəsinin qalxması ilə şəhər suyun altında qalıb. Hazırda çıxan qalıqlar çox kiçik qalıqlardır. 80-ci illərdə ən böyük tədqiqat aparılanda, tapılan nümunələr Dövlət Tarix Muzeyində saxlanılır. Oradakı qalıqların üzərində quş, ceyran şəkilləri var. Bizdə olanlarda ancaq yazılar mövcuddur", - S.Kərimov qeyd edib.















































FOTO: Şahin Sərdarov
Azvision.az


Teqlər: Muzey   Salyan   Milli-Park  





Xəbər lenti