Niyazi Bayramov sakinlərlə görüşüb

Niyazi Bayramov sakinlərlə görüşüb
  02 İyul 2019    Oxunub:3529
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ölkə Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyyələrini rəhbər tutaraq, mütəmadi şəkildə sakinlərlə görüşür, onların şikayət və təkliflərini dinləyir. Növbəti belə görüş Gəncənin Şahlar Hüseynov, İsaq Cəfərov və Azərbaycan bayrağı küçələrinin sakinləri ilə baş tutub.
Azvision.az xəbər verir ki, sakinlər Azərbaycan bayrağı küçəsində həyata keçirilən abadlıq işlərinə görə minnətdarlıqlarını bildiriblər. Küçənin asfalt örtüyü yenilənib, gecə işıqlandırılması sistemi qurulub, binaların fasadları təmir edilib. Müraciət edən sakinlər əsasən binaların həyətlərinin səligəyə salınmasını, ara küçələrin asflatlanmasını xahiş ediblər.



Bununla yanaşı onlar bəzi marşrut xəttlərinin uzadılmasını, digərlərinin isə iş qrafikinin artırılmasını istəyiblər. Görüşdə işlə təmin olunmaq istəyən bir neçə vətəndaşın müraciətinə baxılıb. Sakinlərin su, qaz və işıqla bağlı şikayətləri də dinlənilib. Səsləndirilən bir çox problem yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq qanunauyğun formada həll edilməsi üçün müvafiq qurumlara tapşırıqlar verilib.



Azvision.az



Teqlər: Gəncə  





Xəbər lenti