İranın nümayəndə heyəti Bakıdadır

İranın nümayəndə heyəti Bakıdadır
  02 İyul 2019    Oxunub:2753
İran Ticarət Palatasının baş katibi Əlireza Əşrəf və İran Parlamentinin Proqram və Büdcə Komissiyasının rəhbərliyi altında İran İslam Respublikasının İslami Şura Məclisinin 5 nəfərdən ibarət heyəti Azərbaycanda səfərdədir.
Bu barədə Azvision.az -a İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Mətbuat Katibi Seyid Əli Musəvi bildirib.

O, qeyd edib ki, heyət sabah səhər saatlarında Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayevlə görüşərək "Ələt" Limanına yola düşəcəklər.

İranlı heyət günortadan sonra Azərbaycan Respublikasının Milli Məclisinin sədr müavini Ziyafət Əsgərovla görüşəcək.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: İran   Ələt  





Xəbər lenti