“Dəyişiklik 8 mindən çox məhkuma tətbiq edilib” - Prokurorluq rəsmisi

“Dəyişiklik 8 mindən çox məhkuma tətbiq edilib” -  Prokurorluq rəsmisi
  02 İyul 2019    Oxunub:2582
"Aparılan islahalatların əsas nəticəsi insanların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin olunmasıdır. Həmin dəyişikliklər faktiki olaraq öz töhfəsini verib".
Azvision.az xəbər verir ki, bunu Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə iddiasının apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Mürvət Həsənov deyib.

O bildirib ki, penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi, alternativ cəza və prosesual məsuliyyət tədbirlərinin tətbiqi ilə əlaqədar Prezident sərəncamına uyğun olaraq bir sıra qanunlara dəyişikliklər edilib.

"Cinayət Məcəlləsinə edilən dəyişiklik 8 mindən artıq məhkuma tətbiq edilib. Həmin şəxslərdən 2816 şəxs cinayət məsuliyyətindən azad olunub. Onlardan 297 nəfəri real azadlıqdan məhrumetmə cəzasından azad olunub. 2884 şəxsin cəzası yüngülləşdirilib".

Aytən Zəhra
Azvision.az


Teqlər: Cəza   Məhkəmə  





Xəbər lenti