Bakıda çəkisi 950 qram olan körpə doğulub

   Bakıda çəkisi 950 qram olan körpə doğulub
  02 İyul 2019    Oxunub:1756
Əvvəlki hamiləliyi uğursuz olan qadın Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) ana olub.
Mərkəzdən Azvision.az
-a verilən məlumata görə, mama-ginekoloq Aleksandr Barsukovun bildirdiyinə görə, bu, qadının ikinci hamiləliyi olub və RMDM-ə hamiləliyinin 28-ci həftəsində müraciət edib: “Pasiyent hamiləliyinin 30-cu həftəsinə qədər xəstəxanada müalicə alıb. Həm ana, həm də döldə ciddi problemlər olduğuna görə, qeysəriyyə yolu ilə doğuşa qərar verilib. Doğulan körpənin çəkisi 950 qram olub. Doğularkən uşağın vəziyyəti orta ağır qiymətləndirilib.”

Neonatoloq-pediatr Təzibə Mirzəliyeva məlumat verib ki, bir neçə risk faktoru olan anadan dünyaya gələn körpə doğularkən ekstremal-azçəkili olduğundan reanimasiya şəraitində müalicəsi davam etdirilib, “Topuq testi”, ROP müayinəsi, eşitmənin skrininq müayinəsi aparılıb, Mərkəzin neonatoloji komandasının gərgin əməyi nəticəsində çəkisi 1.800 qrama çatdırılıb və ana-körpə sağlam vəziyyətdə evə yola salınıb. Bütün zəruri təkrar müayinələrdən keçib, hazırda nevroloji statusu normaldır.


Azvision.az


Teqlər: RMDM  





Xəbər lenti