“Yeni sazişlə bağlı danışıqlarda irəliləyiş var” - Aİ rəsmisi
Azvision.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Avropa Şurasının “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” adlı yeni layihəninin təqdimatı zamanı deyib.
“Bizim hazırki münasibətlərimizin əsasları 90-cı illərin ortalarında qoyulub və təbii ki, bu əsasların yenilənməsinə ehtiyac var. Çünki hər iki tərəf bu tərəfdaşlığı inkişaf etdirmək istəyir və bunun üçün müasir, möhkəm və yenilənmiş əsaslar lazımdır”.
Səfir, həmçinin qeyd edib ki, yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqlarda irəliləyişlər əldə olunmaqdadır.
Aytən Zəhra
Azvision.az