Nazir müavini: “Hakimlərin, vəkillərin sayı artırılıb”
Nazir müavini bildirib ki, ədalət mühakiməsinə əlçatanlığın yüksəldilməsi məqsədilə məhkəmələrin hakimlərinin, məhkəmə aparatı işçilərinin, vəkillərin sayı artırılıb, hakimlərin maddi və sosial müdafiəsi gücləndirilib. Məhkəmələrin büdcəsi daha da möhkəmləndirilib. Proses bu gün də davam edir.
A.Cəfərov qeyd edib ki, islahatları həyata keçirərkən bir çox hallarda Avropa Şurasının digər dövlətlərdə məhkəmə sistemi ilə bağlı CEPEJ tərəfindən həyata keçirilən layihələrin kəmiyyət və keyfiyyət göstəricilərinin təhlilinə əsaslanılıb.
"Məhkəmə vaxtının səmərəli təşkili və düzgün bölüşdürülməsi, bəzi kateqoriya mübahisələrin məhkəmədən kənar alternativ yolların yaradılmasının tətbiq olunması bu məsələlərin sırasındadır. Yeni layihəyə məhkəmə sisteminin təkmilləşdirilməsi işinin davamı kimi baxmaq lazımdır. Layihənin nəzərdə tutduğu məqsədlərin bir qismi ilə dövlət başçısının fərmanı və çağırışları üst-üstə düşür. Ümidvarıq ki, layihənin uğuruna nail olacağıq".
Aytən Zəhra
Azvision.az