Maaşların 50 faizini fond maliyyələşdirəcək
Proqramda son 1 ildə fəaliyyətdə olan və müraciət tarixinə qədər yerinə yetirilməmiş vergi öhdəliyi və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan, son 1 ildə iş yerlərinin sayını azaltmayan (ixtisar etməyən və ya ləğv etməyən), işçilərinin orta illik sayının 40 faizindən çoxunu sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər təşkil edən, Vakansiya Bankına müvafiq məlumatları təqdim edən, eləcə də kiçik və orta sahibkarlıq subyekti hesab olunan və müflis elan edilməsi barədə müraciəti olmayan işəgötürənlər iştirak edə bilər.
Proqramın icrası zamanı əlilliyi olan şəxslərə, gənclərə, cəzaçəkmə müəssisəsindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir.
Əməkhaqlarının maliyyələşdirilməsi nəzərdə tutulan iş yerləri üzrə vakansiyalar ən azı 3 ay əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq” altsistemində Vakansiya Bankına təqdim edilməlidir.
2 ildən az olmayan müddətə bağlanan əmək müqaviləsi ilə işə götürülmüş işçilərin əməkhaqqının 50 faizinin maliyyələşdirilməsi işin xüsusiyyətindən asılı olaraq 3 (üc), 6 (altı), 9 (doqquz) ay və yaxud 1 (bir) il müddətində razılaşmaya uyğun həyata keçirilir.
Proqramda iştirak etmək istəyən işəgötürənlər Dövlət Məşğulluq Xidmətinə müraciət edə bilərlər.
Azvision.az