Əmək müqavilələrinin sayı artıb
Qeyd edilib ki, dövlət başçısının yeni sosial paketinin tərkib hissəsi kimi 18 iyun 2019-cu il tarixdə imzalanan Sərəncamla minimum əməkhaqqının növbəti dəfə olmaqla 40 faizədək artırılması da bu istiqamətdə yeni irəliləyişə imkan verəcək.
“İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularına həsr olunmuş tədbirdə hər iki mövzu ilə bağlı iştirakçılar ətraflı məlumatlandırılıb. İşçilərin məzuniyyət hüquqları ilə bağlı qanunvericilikdən irəli gələn prinsiplər, əmək məzuniyyətlərinin, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə, əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydaları onların diqqətinə çatdırılıb.
İşçilərlə əmək müqaviləsinin bağlanmasının həm işçilər, həm də işəgötürənlər üçün üstünlükləri, leqal əmək münasibətlərinin sosial-iqtisadi əhəmiyyəti vurğulanıb. Qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində işəgötürənlər tərəfindən səylərin artırılmasının vacibliyi qeyd edilib.
Azvision.az