Arzu Rəhimov və müavini qəbul keçirəcək

Arzu Rəhimov və müavini qəbul keçirəcək
  29 İyun 2019    Oxunub:2784
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 18 iyul 2019-cu il tarixdə saat 11:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov İmişlidə Beyləqan, Füzuli və İmişli rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.
Qurumdan Azvision.az -a verilən məlumata görə, elə həmin gün saat 11:00-da Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev Ağcabədidə Ağdam və Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların 16 iyul 2019-cu il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbələrinə müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.

Azvision.az


Teqlər: SHXÇDX   Qəbul  





Xəbər lenti