“Youtube”dan zəhmətsiz yeyənlər

 “Youtube”dan zəhmətsiz yeyənlər
  29 İyun 2019    Oxunub:12455
Bu gün bir çox insanlar internet vasitəsilə yaxşıca pul qazanırlar. Son zamanlar dünyada və Azərbaycanda ən çox populyarlıq qazanan sahə “Youtube” video platformasıdır. Belə ki, "Youtube"də istifadəçilər öz maraq dairələri, istedadlarına uyğun videolar hazırlayaraq gəlir əldə edə bilirlər.
Azərbaycandan “mühacirət”ə gedənlər də bu fürsəti əldən verməyərək, silsilə videolar çəkib platformaya yükləyirlər. Digər yutuberlərdən fərqli olaraq, onlara 18+ söyüşlərin, siyasi oyunların, böhtanların yer aldığı videolar pul qazandırır.

Maraqlıdır, ard-arda kanallar açan "mühacirlər"ə "Youtube" buna görə nə qədər pul verir?



Məsələn, Sevinc Osmanqızının “Osmanqızı TV” kanalının aylıq gəliri 710-11000, illik gəliri 8500-136 000 min dollar arasındadır. Tural Sadıqlının “Azad Soz” kanalının gəliri 1400-21 000, illik 16 200 – 259 600 dollardır.

Qənimət Zahidin “Azərbaycan saatı” kanalının isə aylıq gəliri 423-6800, illik 81 000 dollardır. Bu kanalların Azərbaycanda yox, xarici ölkələrdə qeydiyyatdan keçdiyini nəzərə alsaq, əldə edilən gəlir daha çox ola bilər. Çünki Azərbaycandan fərqli olaraq, xaricdə həm baxış, həm reklam gəlirləri daha yüksəkdir.



Saxta mühacirlər təkcə “Youtube” yox, “Facebook”dan da pul qazanmağı bacarırlar. Məlumat üçün bildirək ki, xarici ölkələrdə sosial şəbəkədə paylaşılan videoların üzərində reklam yerləşdirməklə normal gəlir götürmək mümkündür. Bu vəsaitlərə müxtəlif donorlardan alınan qrantları əlavə etsək, əldə olunan vəsaitlərin hansı məbləğdə olduğunu təsəvvür etmək o qədər çətin deyil.

Gördüyünz kimi necə də rahat işdir: Həm kimisə söyüb şər atırsan, həm də yaxşı pul qazanırsan.



Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Youtube  





Xəbər lenti