Məmmədyarov baş direktorla görüşüb

Məmmədyarov baş direktorla görüşüb
  27 İyun 2019    Oxunub:2096
Xarici İşlər naziri Elmar Məmmədyarov Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Baş direktoru Mixael Şpindeleqqer ilə görüşüb.
XİN-dən Azvision.az -a verilən məlumata görə, görüş zamanı “Azərbaycanla Avropa İttifaqı arasında Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək” (MOBILAZE) layihəsi çərçivəsində Bakıda keçirilən “Yerdəyişmə üzrə Tərəfdaşlıq” mövzusunda illik beynəlxalq konfrans zamanı faydalı müzakirələrin aparıldığı qeyd edilib. Miqrasiya məsələsinin hazırda beynəlxalq gündəlikdə, o cümlədən Aİ üçün önəm kəsb edən ən vacib məsələlərədən biri olduğu ifadə edib.

Tərəflər Azərbaycanın Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz ilə miqrasiya sahəsində sıx əməkdaşlıq etdiyini bildirərək, MOBILAZE layihəsinin Aİ-Azərbaycan arasında əməkdaşlığın mühüm ölçüsü olan yerdəyişmə proseslərini və insanlararası əlaqələri dəstəkləməkdə rolunu yüksək qiymətləndirdilər. Eyni zamanda, tərəflər Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Viza Rejiminin Sadələşdirilməsi və Readmissiya sazişlərinin bu ölçüyə xidmət etdiyini söyləyərək sözügedən sazişlərin icrasında Azərbaycanın sadiqliyini xüsusilə vurğulayıblar.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov münaqişə nəticəsində ölkəmizin geniş miqyaslı daxili miqrasiya problemi ilə üzləşdiyini bildirib. Nazir Elmar Məmmədyarov Azərbaycanın müvafiq qurumlarının səyi nəticəsində qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı işlər görüldüyünü xüsusilə qeyd edib. Eyni zamanda nazir həmsöhbətini münaqişənin həllinin üzrə aparılan danışıqlar prosesinin son durumu ilə bağlı məlumatlandırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: XİN   Miqrasiya  





Xəbər lenti