Putinin canlı yayımına kiberhücumlar olub

Putinin canlı yayımına kiberhücumlar olub
  27 İyun 2019    Oxunub:1954
Rusiya prezidenti Vladimir Putinin builki canlı yayımı zamanı 5 dəfə kiberhücum olub.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu kompüter hadisələri üzrə Milli Koordinasiya Mərkəzinin direktor müavini Nikolay Muraşov deyib.

Onun sözlərinə görə, hücumlardan biri canlı yayım edən informasiya resurslarına, 4-ü isə vətəndaşların prezidentlə əlaqə sisteminin, yəni vətəndaşların videomüraciətlərinin və ya sualların qəbuluna yönələn saytlara qarşı edilib.

Muraşov qeyd edib ki, "Rustelekom"un şöbələri informasiya hücumunu vaxtında aşkarlaya biliblər və bunun qarşısını almaq üçün tədbirlər görülüb. Haker hücumları "birbaşa xətt"in gedişatına təsir etməyib.

Şahanə Rəhimli
Azvision.az






Teqlər: Rusiya   Putin   Canlı-Yayım  





Xəbər lenti