MSK sədri beynəlxalq konfransda iştirak edəcək

MSK sədri beynəlxalq konfransda iştirak edəcək
  26 İyun 2019    Oxunub:2421
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov iyunun 27-28-də keçiriləcək Seçki İdarəetmə Orqanlarının 16-cı Avropa Konfransında iştirak etmək məqsədilə Slovakiya Respublikasına səfərə gedib.
MSK-dan Azvision.az -a verilən məlumaat görə, “Seçki mübahisələrinin həlli” mövzusunda keçirilən, dünyanın müxtəlif ölkələrindən çoxsaylı ali seçki qurumlarının və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin, habelə beynəlxalq seçki ekspertlərinin də qatıldığı tədbir seçkilərə dair bir sıra məsələlərin və ölkələrin əldə etdiyi yaxşı təcrübələrin müzakirəsinə həsr olunub.

Avropa Şurası Venesiya Komissiyasının rəhbəri Tomas Markertin dəvətinə əsasən həyata keçirilən səfər çərçivəsində sədr M.Pənahovun seçki idarəetmə qurumlarının və beynəlxalq təşkilatların rəhbərləri, eləcə də digər rəsmi şəxslərlə görüşlər keçirməsi, qurumlararası əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı faydalı əməkdaşlıq və maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

Səfər zamanı MSK sədrini Komissiya Katibliyinin müdiri Rövzət Qasımov müşayiət edir.

Azvision.az



Teqlər: MSK  





Xəbər lenti