“Ordu dövlətçiliyimizin, təhlükəsizliyin və sabitliyin dayağıdır” - Mehriban Əliyeva

“Ordu dövlətçiliyimizin, təhlükəsizliyin və sabitliyin dayağıdır” -    Mehriban Əliyeva
  26 İyun 2019    Oxunub:3470
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan xalqını və hərbi qulluqçuları 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.
Azvision.az xəbər verir ki, təbrikdə deyilir:

"Əziz həmvətənlər!

Əziz hərbi qulluqçular və veteranlar!

Bu gün biz Azərbaycan Silahlı Qüvvələri Gününü qeyd edirik. Bu, hərbi rəşadət, şərəf və igidlik bayramıdır. Bu gün biz həyatını riskə məruz qoyaraq Vətənimizi müdafiə edənlərin qəhrəmanlığına ehtiramımızı bildiririk.

Silahlı Qüvvələr Günü əsl ümumxalq bayramıdır. Ordu bizim dövlətçiliyimizin, təhlükəsizliyin və sabitliyin dayağıdır. Dövlətin hərbi qüdrəti bir çox amillərlə şərtlənir. Lakin bizim ordumuzun əsas gücü Azərbaycanın əsgər və zabitlərinin döyüş ruhu və Vətənə hədsiz sevgisidir.

Əziz hərbçilərimiz! Biz sizin mərdliyiniz, şücaətiniz və ən yüksək peşəkarlığınızla fəxr edirik. Bu əlamətdar bayram münasibətilə sizi ürəkdən təbrik edirəm".

Azvision.az



Teqlər: Mehriban-Əliyeva   Ordu  





Xəbər lenti