Bakıdan Dehliyə müntəzəm uçuşlar başladı
Bu istiqamət üzrə aviabiletləri AZAL-ın kassalarında, rəsmi agentliklərində, şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür.
Sərnişinlərdən əlavə məlumat üçün “[email protected]” elektron poçtuna müraciət etmələri xahiş edilir. Yazılı müraciətləri “WhatsApp” vasitəsilə (+994 70) 437 40 82 nömrəsinə göndərmək mümkündür.
Qeyd edək ki, Dehlini “yeddi imperiyanın paytaxtı” adlandırırlar. Burada Şərqin nadir memarlığı, müxtəlif mədəniyyətlərin birləşməsi, diqqətəlayiq yerlər və unikal hind mətbəxi ahəng yaradır. Dehlinin müasir şəhərətrafı – Nyu Dehlidə müasir və kolonial üslubda binalar, ticarət mərkəzləri, parklar, hər zövqə uyğun əyləncə, teatrlar, möhtəşəm qədim məscidlər və türbələr cəmləşir.
Azvision.az
Teqlər: AZAL Təyyarə Uçuş Reys