Bakı polisi paytaxtda kütləvi reydlərə başlayıb
Paytaxtda nəqliyyat axınının intensiv olduğu yollarda hərəkət iştirakçılarının – sürücü və piyadaların hüquqi maarifləndirilməsi ilə bağlı fərdi söhbətlər aparılır. Söhbətlərdə inzibati xəta tərkibi yaradan hərəkətlərin təkcə qanun pozuntusu yox, həm də insanın həyat və sağlamlığı, maddi ziyana səbəb olan fəsadlar izah olunur.
Fərdi profilaktik söhbətlərdə yol polisi, ictimai təhlükəsizlik idarə və şöbələrinin, post patrul və digər xidmətlərinin əməkdaşları ilə birgə KİV nümayəndələri iştirak edirlər. Kütləvi tədbirdə əsas məqsəd şəhər sakinlərinin məsuliyyət hissinin artırılması, hüquqi düşüncənin formalaşmasıdır.
Paytaxt polisinin inzibati ərazisində xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.
Azvision.az