Ötən ay Naxçıvanda 8 istehsal sahəsi yaradılıb

Ötən ay Naxçıvanda 8 istehsal sahəsi yaradılıb
  25 İyun 2019    Oxunub:1704
Muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi, yerli resurs və xammalla işləyən, ixracqabiliyyətli məhsullar istehsal edən sahələrin yaradılması istiqamətində tədbirlər ötən ay da davam etdirilib. Bu dövrdə heyvandarlıq, istixana təsərrüfatları, soyuducu anbar olmaqla, 8 istehsal sahəsinin yaradılması başa çatdırılıb.
Azvision.az xəbər verir ki, muxtar respublikanın Sahibkarlığın İnkişafı Fondu tərəfindən mayda heyvandarlıq, arıçılıq, quşçuluq təsərrüfatlarının və soyuducu anbar olmaqla 7 yeni layihənin maliyyələşdirilməsinə 104 min 200 manat, eləcə də 11 ailə təsərrüfatına 129 min 800 manatlıq güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi göstərilib.

Ərzaq məhsullarının maneəsiz şəkildə xarici bazarlara çıxarılması məqsədilə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən 8 hаldа mənşə sеrtifikаtı verilib. Ərzaq mallarının keyfiyyətinə nəzarət tədbirləri davam etdirilib, 176 halda mal nümunələrində laboratoriya təhlilləri aparılarkən 174 nümunənin keyfiyyət göstəriciləri qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi, 2 halda mal nümunəsinin keyfiyyət göstəricilərinin aşağı olduğu müəyyən edilib.

Azvision.az


Teqlər: Naxçıvan  





Xəbər lenti