Bakıda hərbi orkestrlərin çıxışları təşkil olunacaq - SİYAHI

Bakıda hərbi orkestrlərin çıxışları təşkil olunacaq -    SİYAHI
  25 İyun 2019    Oxunub:1910
26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə bu gün saat 18:30-dan 20:30-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları olacaq.
Müdafiə Nazirliyinin Azvision.az -a verilən məlumata görə, orkestrlər müəyyən edilmiş 6 yerdə çıxış edəcəklər:

- Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında);
- Dənizkənarı Milli Parkda (Az.Neft meydanı qarşısındakı Dövlət Bayrağının önündə);
- Fəvvarələr meydanında;
- Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında;
- Zərifə Əliyeva parkında;
-Zabitlər parkında.

Azvision.az


Teqlər: Orkestr  





Xəbər lenti