“Ayın 29-dək temperatur normadan yüksək olacaq” - Umayra Tağıyeva

 “Ayın 29-dək temperatur normadan yüksək olacaq” -  Umayra Tağıyeva
  25 İyun 2019    Oxunub:18745
"Bu gün və sabah şimal küləyinin sürəti artacaq. Temperatur 1-2 dərəcə aşağı düşəcək. Ona görə havanın temperaturu 31-36 dərəcədən yüksək olmayacaq".

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
ETSN rəsmisi bildirib ki, iyun ayının 29-dək ölkə ərazisində havanın temperaturu çoxillik norma göstəricilərindən yüksək olacaq.

"Amma iki gün bundan əvvəl iyun ayı üçün sutkalıq maksimum göstəricisi yeniləndi. 37 dərəcə isti müşahidə olundu. Son dəfə belə yüksək temperatur 2009-cu ildə qeydə alınmışdı. Keçən illə müqayisə etsək iyun ayında temperatur rejimi 5-7 dərəcə yuxarıdır. Keçən ilin iyun ayı ilə müqayisədə temperatur 10 dərəcə yüksək olub".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Tempratur   İyun   İsti  





Xəbər lenti