Vaşinqton görüşünün detalları: “Yeni sənəd təqdim edilib”

Vaşinqton görüşünün detalları:  “Yeni sənəd təqdim edilib”
  24 İyun 2019    Oxunub:2525
"Vaşinqton görüşündə həmsədrlər müzakirə olunması üçün yenidən konkret sənəd təqdim etdilər”.

Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, hazırda sənədlər nəzərdən keçirilir.
“Görüşdə təmas xəttində sakitlik məsələsi müzakirə olundu. Mənim arqumentim bu oldu ki, danışıqların aktiv olduğu dövrlərdə təmas xəttində sakitlik yox idi. Amma biz ciddi müzakirələr aparırdıq".

E.Məmmədyarov qeyd edib ki, hazırda tərəflər həmsədrlərin martın 9-dakı bəyanatına əsasən fəaliyyət göstərir. O əlavə edib ki, bu məsələdə razı və narazı qalınan məqamlar var.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti