Məmmədyarov bolqarıstanlı həmkarı ilə görüşüb

Məmmədyarov bolqarıstanlı həmkarı ilə görüşüb
  24 İyun 2019    Oxunub:1984
Bakıda Bolqarıstan baş nazirinin müavini və xarici işlər naziri Yekaterina Zaxariyeva ilə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov arasında görüş olub.
Azvision.az xəbər verir ki, tərəflər iki dövlət arasında mövcud münasibətləri və regional əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, Bolqarıstan baş nazirinin müavini və xarici işlər naziri Yekaterina Zaxariyevanın Azərbaycana səfəri iyunun 25-dək davam edəcək. Səfər çərçivəsində Baş nazir Novruz Məmmədov və Milli Məclisin Sədri Oqtay Əsədovla da görüşlər planlaşdırılır.

Elvin Abulqədirov
Azvision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti