12-ci Şeyxülislam - İslamın qoruyucusu

12-ci Şeyxülislam  - İslamın qoruyucusu
  24 İyun 2019    Oxunub:2665
XX-ci əsrin əvvəlində İslam dinindən siyasi məqsədlər istifadə olunmaqla dövlətlərin daxilində ixtişaşların baş verməsinin şahidi olduq. Bu ilk öncə şəxslərin dini biliklərin,ölkədə dini qurumların vahid mərkəzdən idarə olunmasının ən əsası isə dini lidelərin öz xalqı və dövlətinin gələcəyi düşünmək əvəzinə şəxsi məqsədlərini güdməsindən irəli gəlirdi. Çünki, hər bir müsəlman dini ayinlər zamanı imamın möizələrinə qulaq asır və maariflənir. Xüsusəndə Şərq dövlətlərində bu daha qabarıq şəkildə özünü biruzə verir. Lakin bu dövlətlərin daxilinə nəzər salanda təriqətlər arasında fikir v dini baxış fərqliliklərin üstünlük təşkil etdiyinin şahidi olmaq olurdu. Bu isə vətəndaşlar arasında eyni dindən olmasına baxmayaraq fikir ayrılıqlarına gətirib çıxardı.

Bu kimi halların ölkəmizin sərhədllərinə gəlib çıxması təbii ki, qaçılmaz idi və bunun qarşısını almaq üçün dövlət yetərincə addımlar atır, radikal isalmyönümlü qrurların sərhəddən daxil olmaması üçün ciddi tədbirlər görürdü. Lakin bu addımların daha təsirli olmasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin fəaliyyəti danılmazdır. Çünki, dini tolerantlığın hökm sürdüyü Azərbaycana radikal qruplaşmların ixrac edilməsi nəticəsində Şərq dövlətlərindəki anoloji vəziyyət Bakıda da hökm sürə bilərdi. Bir çoxlarının nəzərindən qaçsa da Şeyxin fəaliyyətinə nəzər saldıqda müəyyən etmək olur ki, o, ölkədə üstünlük təşkil edən şiə və sünniləri toplayaraq vahid mövqedən çıxış etmələrinə nail oldu. QMİ tərəfindən hər iki təriqətin birləşməsi və ayrıseçkilik yaratmaması üçün mütəmadi olaraq tədbirlər keçirildi və dövlətçiliyin qorunmasında dinindən və təriqətindən asılı olmayaraq birliyin vacibliyi diqqətə çatdırıldı.

Bütün Qafqazın Şeyxi İslam dininin düzgün anlaşılması, layiq olduğu şəkildə təbliği, Qafqazda dini tolerantlıq mühitinin formalaşması istiqamətində təxirəsalınmaz addımlar atdı. Hər bir müsəlman bilir ki, İslam dininə görə, vətəni qorumaq imandandır. Vətənsə Azərbaycandır. Özlərini vəhhabi, sələfi və dindən istifadə edərək müxtəlif radikal qruplaşmalar yaradanları bu gün anlmaq kifayət qədər çətin deyil. Lakin bir neçə il bundan öncə vəziyyət tamam başqa idi. Müsəlman ölkələrinin dini mənsubiyyətindən istifadə edərək burada yaşayanları qara bir bayraq altında birləşdirmək, şəriət qaydaları ilə idarə olunan bir nəhəng xilafət yaratmaq adı ilə çağırışlarla xüsusilə sıx meşələrdə özünə yurd salan və qaçaqçılıq həyat tərzi seçməklə bir növ peyğəmbərlərin ibtidai yaşayış şəklini “Davam” etdirirdilər. Onlar öz aləmində Peyğəmbər (s) yolu ilə getdiklərinə və cənnətə yalnız özlərinin düşəcəklərinə inanırdılar. Təhlükəli tərəfi isə onlar bu və ya digər şəxslərin düşüncə azadlıqlarını qəbul etmir, hamını özləri kimi görmək və özlərindən başqalarını “cəhənnəmlik” etmək istəyirlər. İslamın tərəqqipərvərliyini unudur və Allahın verdiyi bütün azadlıqları inkar edirlər. Dini zəmində meydana çıxan bu müxaliflərin başqa keyfiyyətləri də təhlükəlidir.

Onlar öz arzularını və niyyətlərini Azərbaycanda gizlətmirdilər. Təbii ki, Azərbaycan bir dövlət kimi, müqavimət göstərir, müəyyən qabaqlayıcı tədbirlər görür. Amma bu addımların daha şiddətli və çəkili olması üçün yerli dindarların bu məsələyə qoşulması vacib idi. QMİ bunun öhdəsindən gəldi. Xüsusəndə Şeyxin atığı addımlar nəticəsində. Çünki, mübarizə qaçılmaz idi. Başqa rəqibləri fiziki cəhətdən məğlub etmək təhdidi müəyyən mənada qarşı tərəfi geri çəkilməyə vadar edir. Amma özlərini “İslamın xilaskarı” adlandıranlar üçün bu texnologiya gözlənilən effekti verməyəcəkdir. Fiziki məhv olmağı cənnətə düşmək üçün ən qısa yol kimi qəbul edən potensial qurbanları yalnız mənəvi cəhətdən çökdürmək olardı. Şeyxin həyata keçirdiyi tədbirlərdən də başa düşüldü ki, burada silah yox bilik işləməli idi. Və bu da edildi. Vaxtında həqiqi İslamın təbliğinin tərəfdarı olan Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə 1991-ci ildə Bakı İslam İnstitutu, 1997-ci ildə isə Qafqaz Müsəlmanları İdarəsi nəzdində görkəmli elm və din xadimlərindən ibarət Elmi-Dini Şura yaradılıb. Eyni zamand dini mərasimlər içərisində xüsusi önəm daşıyan Aşura mərasimi ilə bağlı Şeyxülislamın uğurlu təşəbbüsü müasir İslam mənəviyyatı tarixində xüsusi yer tutur. O, Aşura günlərində simvolik qan çıxarılması ayininin mahiyyətinin saxlanılması şərti ilə, onun cəmiyyət baxımından əhəmiyyətli formasının tətbiqinə nail olub.

Dini mövzularda mətbu oraqlarında yazılar dərc edildi, din xadimləri arasında debatlar təşkil edildi, İslamın dünya dinləri arasında mükkəməlliyinə görə heç birindən geri qalmadığı sadə vətəndaşlara aşılandı. Xüsusəndə ənənvi islamın üstünlükləri təriqətindən asılı olmayaraq din əhlinin mənfi ünsürlərdən uzaq olması beyinə yeridildi. Çünki, beyinə ilk səpilən toxumun cücərməsi daha effektiv olur və yad ünsürlərin insanın dini inancına təsiri maksimum azalır. Dövlət dindən ayrı olsa da bu məqamda Şeyx dövlətin yanında olmaqla ona bir daha dəstək oldu. Necə ki, 1992 ci ilin 20 Yanvar hadislərində olduğu kimi. Sözünü dedi. Hətta ona qarşı şantaj tipli yazılar dərc olunmasına baxmayaraq.

Belə ki, 1990-cı ilin 20 yanvarında Moskvada Heydər Əliyevin yanında oldu bir gün sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi M.Qorbaçovun ünvanladığı bəyanatda səsləndirdiyi fikirlərə əhəmiyyət verməyərək, həbs olunmaq və ya fiziki olaraq aradan götürülmək təhlükəsini yaxşı anlasa belə yolundan dönmədi, baş verən faciələrin qanlı mahiyyətini açıq şəkildə M.Qorbaçovun, onun rəhbərlik etdiyi Mərkəzi Komitənin, sovet hərb maşınının başında duranların birbaşa üzünə söylədi. Faciənini bütün dünyaya çatdırılması üçün mütəmadi olaraq işlər gördü. Çünki, Qorbaçıvun bəyanatı Şeyxülislamı asanlıqla yeni bir qurbana çevirə biləcək qədər sərt və ittihamedici idi. Eyni zamanda 20 Yanvar hadisələrinin qurbanlarının dəfn edilməsinə ümummilli matəm səviyyəsində keçirilməsində də Şeyxülislam A.Paşazadənin müstəsna xidmətləri olmuşdur. Şeyxülislam qarşıya çıxan bütün maneələri dəf etmək üçün SSRİ müdafiə naziri D.Yazov və Azərbaycan KP MK-nın ikinci katibi V.Polyaniçko ilə görüşür. Böyük cəsarətlə şəhidlərin cənazələrinin “Azadlıq” meydanından başlayaraq indiki Şəhidlər Xiyabanınadək çiyinlərdə aparılacağını, onların məhz bu yerdə dəfn olunacağını qəti şəkildə bildirir. D.Yazovun bütün hədələrinə, kobudluqlarına baxmayaraq Şeyxülislam fikrindən daşınmır. Bakı küçələri hərbçilərlə, hərbi texnikalarla dolu olduğu bir zamanda qarşısındakı generala ədəbsizliyini xatırladaraq, ona əxlaq dərsi keçir.

Eyni zamanda o, Qafqaz müsəlmanlarının ali dini rəhbəri kimi iştirak etdiyi bütün məclislərdə təkcə Azərbaycan xalqının deyil bölgənin xalqlarının maraqlarını ən yüksək səviyyədə qoruyub. Məsələn Şeyxülislam 1999-cu ildə Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinə çeçen xalqının məhvinə yönəldilən siyasətini tənqid edən etiraz məktubu göndərərək, İslam ekstremizmi və terroru ilə mübarizə şüarından sui-istifadə edərək, bütöv xalqın terrorçu, ekstremist, cinayətkar adlandırılmasını qətiyyətlə pislədi.

Şeyxülislam həmçinin bölgənin sərhədlərindən kənara çıxaraq digər ölkələrdə yaşayan müsəlmanların haqq işini müdafiə edib. Allahşükür Paşazadə müsəlman həmrəyliyi prinsipindən çıxış edərək İraqda baş verən hadisələrlə, Fələstin xalqının başına gətirilən müsibətlərlə bağlı öz etiraz səsini ucaldıb. Bu ərazilərdə yerləşən müqəddəs ziyarətgahların, qədim tarixi abidələrin mühafizə olunması üçün beynəlxalq təşkilatlar və dövlətlər qarşısında məsələ qaldırıb. Eyni zamanda 12-ci Şeyxülislam, Azərbaycan həqiqətlərini, Qarabağ münaqişəsini, qaçqınlar problemini tanınmış din və dövlət xadimləri ilə yüksək səviyyəli görüşlərində müzakirə edib, bölgədə sülhün və əmin-amanlığın möhkəmləndirilməsi ilə bağlı geniş təbliğat işi aparıb.

Şeyxülislam Ermənistan, Azərbaycan, Dağlıq-Qarabağ probleminin sülh yolu ilə həll olunması üçün Rusiyanın, Gürcüstanın və Ermənistanın dini liderləri ilə görüşlər keçirib, erməni kilsəsinin rəhbərlərini Qarabağ məsələsi ilə bağlı konstruktiv dialoqa dəvət edib.
Dövrlər arasında çox böyük fərq vardır. Amma buna baxmayaraq, Şeyx hətta çox çətin ideoloji çərçivələr içində həmişə öz ədalətli sözünü deyib. O, birinci müsəlmanımızdır. Ömürlükdə belə olacaq. Bunu özü yox, ölkədə olan dindarlar qərar verib. Nəzərə alaq ki, o Kəbə örtüyünü dəyişməyə laiq bilinən bir neçə müsəlmandan biridir.

Yazı ““Şeyxülislam Allahşükür Paşazadə-70” mövzusundakı müsabiqəyə təqdim olunur”

İlkin Nəcəfzadə
Azvision.az




Teqlər: Şeyx   Allahşükür  





Xəbər lenti