Mirşahin tükürpədici arxiv kadrlarını yayımladı - VİDEO

   Mirşahin tükürpədici arxiv kadrlarını yayımladı -    VİDEO
  24 İyun 2019    Oxunub:26272
Real TV-nin rəhbəri, tanınmış jurnalist Mirşahin öz müəllif proqramında 1992-93-cü illərdə Kəlbəcər və Ağdamda çəkilmiş arxiv kadrlarını yayımlayıb.
...Beləliklə, Kəlbəcər. 1993-cü ilin apreli. Yaralı əsgərlər quru yerdədi. Baş Nazir Pənah Hüseynov helikopterlə gəlir və yarıtmaz hərbi siyasətin hərbi və mülki qurbanlarının yanından keçərək kadrdan çıxır.

İndi isə Ağdama gedəcəyik.

...Deməli 1993-cü ildir. Bütün hərbi idarəçilik Elçibəyin, Rəhim Qazıyevin, ordunun kuratoru Əli Kərimlinin əlindədir. Məşhur Qəhrəman Şirin Mirzəyevin meyidini də ilk dəfə görəcəksiniz. Diqqətlə qulaq asın, Danışır və Göstərir TARİX!



Vəssəlam. Müqayisə edək. Paralel aparaq. Baxmayaraq ki, nə vaxtsa kimsə deyib, guya paralellər təhlükəlidir. Amma daha təhlükəlisi də var. Dövləti qəzaya uğratmış bir qrup qeyri-peşəkarın, qara bir güruh parçasının yenidən idarəçilik həvəsinə düşməsinin qarşısında susmaq. Qurulu, formalaşmış bir dövlət maşınını, hamımızın Azərbaycanını aparıb uçuruma aşırmaq istəyən sürücülərin əlindən "prava"sını almamaq. Müxalifəti çoxdan dövlətlə düçmənçiliyə çevirmiş siyasi yelbeyinlərə, hakimiyyət üçün axan ağzının suyunu vətəndaş qanına qatışdırmağa hər dəfə amadə olan psixi pozğunlara yenidən etibar etmək. Budu daha təhlükəlisi.



Teqlər: Qarabağ   Kəlbəcər   Ağdam   Mirşahin  





Xəbər lenti