Ali Məhkəmə sədri spikerlə eyni maaş alacaq

  21 İyun 2019    Oxunub : 950
Ali Məhkəmə sədri spikerlə eyni maaş alacaq
Azərbaycanda Ali Məhkəmənin sədrinə Milli Məclis sədrinin aylıq vəzifə maaşı həcmində əməkhaqqı veriləcək.
Azvision.az xəbər verir ki, bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişiklik edilir.

Qanunun 106-cı (Hakimlərin maddi təminatı) maddəsinə əsasən, hakimlərə aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödəniləcək.

Qeyd edək ki, Milli Məclis sədrinin aylıq vəzifə maaşı 2475 manatdır.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Hakim   Maaş