Hakimlər gəlir vergisindən azad edilir

Hakimlər gəlir vergisindən azad edilir
  21 İyun 2019    Oxunub:1667
Bu ilin sentyabrın 1-dən hakimlərə ödənilən bütün növ ödənişlər (vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlar istisna olmaqla) gəlir vergisindən azad edilir.
Azvision.az xəbər verir ki, bu barədə Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə bildirilib.

Belə ki, indiyə qədər hakimlərə öz səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün qanunla müəyyən edilmiş miqdarda verilən aylıq pul təminatı gəlir vergisindən azad edilib. Vergi Məcəlləsində bu müddəa ləğv edilir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Vergi   Məcəllə   Hakim  





Xəbər lenti