Erməni deputatlar Bakıya gəlməkdən imtina edib

  Erməni deputatlar Bakıya gəlməkdən imtina edib
  21 İyun 2019    Oxunub:2567
Ermənistan nümayəndə heyətinə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının Bakıda keçirilən 53-cü iclasında iştirak üçün təhlükəsizlik zəmanəti verilib.
Azvision.az xəbər verir ki, bunu QDİƏT Parlament Məclisinin baş katibi Asəf Hacıyev Ermənistan nümayəndə heyətinin iclasda iştirak etməməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan nümayəndə heyəti həmişə olduğu kimi öncədən dəfələrlə zəmanət, təhlükəsizlik məktubları istəyib: “Həmin məktub onlara verildi. Azərbaycan bir daha dünyaya göstərdi ki, ölkəmizdə hər kəs üçün lazımi təhlükəsiz şərait yaradılır. Ermənistan isə əvvəlcə zəmanət məktubu istəyir, düşünürlər ki, biz onlara məktub verməyəcəyik, dünyaya səs salsınlar”.

A.Hacıyev qeyd edib ki, bundan əvvəl Bakıda keçirilmiş Assambleyada da ermənilər dəfələrlə məktub istəyiblər: “Məktub göndərildi, sonra dedilər ki, məktub göndərilməyib. Biz onlara isbat etdik ki, məktub göndərilib, təsdiqləmisiniz. Ondan sonra Ermənistan nümayəndə heyəti təsdiqlədi ki, məktub gəlib, ancaq parlamentin dəftərxanasında itirilib. Bu, qeyri-ciddi bir məsələdir. Ermənilər oyun oynayırlar”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: QDİƏT  





Xəbər lenti