XİN rəhbəri ABŞ rəsmisi ilə Qarabağı müzakirə edib
Bölgədəki vəziyyət, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların cari vəziyyəti, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Vaşinqtonda keçiriləcək görüşdən gözləntilər barədə müzakirələr aparılıb.
Görüşdə, həmçinin Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji, tranzit və nəqliyyat layihələri, xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi ilə bağlı fikir mübadiləsi aparılıb. Habelə tərəflər qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər.
Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent də görüşdə iştirak edib.
Azvision.az
Teqlər: XİN Məmmədyarov ABŞ