İmzanı Azercell ilə tanıt!
Ölkəmizdə gənclərin peşəkar və fərdi inkişafına, mütaliə mədəniyyətinin təbliğ edilməsinə daim öz töhfəsini verən Azercell şirkəti Azərbaycanda istedadları kəşf etməyə fürsət yaradan “İmzanı Tanıt” sosial təşəbbüsünə də biganə qalmayıb. Sosial hərəkata dəstək olmaq məqsədilə ən maraqlı paylaşımlar şirkətin xüsusi münsiflər heyəti tərəfindən seçilib, Azercell-in sosial media səhifələrində bütün ölkəyə tanıdılacaq.
Qeyd edək ki, rəqəmsal dünyanın ən son yeniliklərini daha əlçatan etməyi hədəfləyən Azercell, bununla da kifayətlənməyib. Azercell şirkəti “İmzanı Tanıt” çağırışını ölkəmizdə kiçik sahibkarlıq mühitinin inkişafı, eləcə də tarixi və milli mədəni irsimizi təbliğ etmək fürsəti kimi dəyərləndirir və sosial şəbəkələrdə dəstək olmaqla yanaşı, layihənin daha geniş miqyasda tanınması və daha çox məzmunun toplanması məqsədilə tez bir zamanda “İmzanı Tanıt” platformasını istifadəyə təqdim edəcəyini açıqlayıb. Sayt yaradıcılıq fəaliyyətinə əməklərini həsr etmiş ustadların nəinki ölkə hüdudlarında, hətta xaricində də tanınmasına səbəb olacaq və dünyaya ölkəmizin istedadlar məkanı olduğunu bir daha nümayiş etdirəcək.
Odur ki, bizi @azercell və @imzanitanit Instagram, həmçinin müvafiq Facebook səhifələrindən izləyin və layihənin ən son yeniliklərindən xəbərdar olun!
Sən də bizə qoşul və imzanı milyonlara tanıt!
Azvision.az
Teqlər: azercell