Azərbaycan təkərli zirehli texnika istehsal edə bilər

  19 İyun 2019    Oxunub : 1609
 Azərbaycan təkərli zirehli texnika istehsal edə bilər
Fransa Kosmik Sənaye Assosiasiyasının himayədarlığı ilə Parisdə keçirilən “Paris Air Show-2019” sərgi çərçivəsində Müdafiə Sənayesi Nazirliyinin müşaviri Fərrux Vəzirov “Nexter” şirkətinin rəhbərliyi ilə görüşüb.
Azvision.az xəbər verir ki, görüşdə müxtəlif növ müdafiə təyinatlı məhsulların, o cümlədən Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində mövcud olan istehsal sahələrində təkərli zirehli texnikanın birgə istehsalı, robot texnikası sahəsində dəniz və hava platformaları üzərində müxtəlif növ silahların istehsalı və inteqrasiyası da daxil olmaqla əməkdaşlığın yaradılmasına dair danışıqlar aparılıb.

Tərəflər arasında bu layihələrin həyata keçirilməsi üzrə yol xəritəsi müəyyən edilib. Görüşdə “Nexter” şirkətinin ekspertlərinin iyulda Azərbayacana nəzərdə tutulan səfərləri çərçivəsində danışıqların davam etdirilməsinə dair razılıq əldə edilib.

Azvision.az

Teqlər: MSN   Texnika