Niyazi Bayramov sakinləri dinləyib - FOTOLAR
Sakinlər təşkil olunan görüşləri müsbət qiymətləndirib, göstərilən diqqətə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını ifadə ediblər. Görüşdə Yeni Gəncə qəsəbəsi sakinlərini narahat edən məsələlər dilə gətirilib. Sakinlər binaların fasadlarının yenilənməsini, liflərin təmirini, uşaqlar üçün oyun meydançalarının salınmasını, ara yolların asfaltlanmasını xahiş ediblər. 2 nömrəli tam orta məktəbin kollektivi, çalışdıqları təhsil müəssisəsinin əsaslı təmirə ehtiyacı olduğunu dilə gətirib.
Görüşdə şəhərin başqa ərazilərində yaşayan sakinlər də iştirak ediblər. Onlar əsasən su və mavi yanacaqla təminatla bağlı problemlərini dilə gətiriblər. Sakinlərə bildirilib ki, şəhərin yeni salınan və mavi yanacaqla təmin olunmayan ərazilərinin qazlaşdırılmasına başlanılıb. Bununla yanaşı köhnə qaz xəttlərinin yenilənməsi prosesi də davam edir.
Qəbulda dilə gətirilən bir çox məsələ yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.
Azvision.az
Teqlər: Gəncə