“Prezident bundan sonra da mühüm addımlar atacaq” - Hadi Rəcəbli

 “Prezident bundan sonra da mühüm addımlar atacaq” -  Hadi Rəcəbli
  19 İyun 2019    Oxunub:2170
"Dövlət başçısının sərəncamı ilə minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb. Bu, böyük hadiəsdir".

Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
Komitə sədri bildirib ki, artım 950 minədək vətəndaşı əhatə edəcək: "Bu artımı hər bir vətəndaş hiss edəcək. Azərbaycan hökumətinin atdığı addımların hər birində vətəndaş ön planda olur".

H.Rəcəbli qeyd edib ki, Prezidentin bundan sonra da bir sıra mühüm addımlar atacağı istisna deyil: "Qeyd etmək istəyirəm ki, pensiyaların da artımı gözlənilir".

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Maaş   Artım   HadiRəcəbli  





Xəbər lenti