Rusiya aviaşirkəti Azərbaycandan üzr istəyib

   Rusiya aviaşirkəti Azərbaycandan üzr istəyib
  19 İyun 2019    Oxunub:2295
Rusiyanın “Ural hava yolları” aviaşirkəti bort jurnalı olan “UAM”ın redaksiyası Azərbaycandan üzr istəyib.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, redaksiya jurnalın 2019-cu il 117 nömrəli nəşrində dərc edilmiş reklamdakı qeyri-dəqiqliyə görə üzr istəyib.

Redaksiyadan həmçinin bildiriblər ki, jurnalın iyun nömrəsinin nüsxələri bütün təyyarələrdən yığışdırılıb, həmçinin jurnal həmin reklamı verənlə müqaviləni ləğv edib.

Xatırladaq ki, “UAM” jurnalının sözügedən nömrəsində “Günəşli Ermənistana vertolyot turları” başlıqlı reklam yerləşdirilmişdi. Reklamda Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilmiş, həmçinin işğal olunmuş ərazilərə vertolyot turlarının təşkili barədə elan yerləşdirilmişdi.

Azvision.az



Teqlər: Rusiya   Aviaşirkət  





Xəbər lenti