“Mxitaryan bir qəpiklik futbolçu deyil” - Nazir (VİDEO)

  18 İyun 2019    Oxunub : 7745
 “Mxitaryan bir qəpiklik futbolçu deyil” - Nazir (VİDEO)
“Bütün ermənilər Mxitaryanın üzərində siyasət qurmuşdular. Mən futbolla məşğul olmayan adam maraqlandım ki, kimdir bu Mxitaryan?”

Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Deyirlər, oyunun 90 faizini ehtiyatda oturan adamdır. Bir qəpiklik futbolçu da deyil. Həm bura gəlmək fikri də yox idi. Yalandan söz atmışdılar ki, guya bunu böyük pula alacaqlar. Almadılar. Onu komandası da burada uduzdu”, - deyə nazir Avroliqanın Bakı finalı ərəfəsində “Arsenal” klubunun erməni əsilli futbolçusu Henrix Mxitaryanla bağlı yayılmış iddialara münasibət bildirib.



Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Zakir-Həsənov   Müdafiə-Naziri   Mxitaryan