Agentlikdən
Azvision.az -a verilən məlumata görə, Göygöl rayonunda sənaye və ictimai-iaşə sahələri üçün əlcək istehsalı ilə məşğul olan, bu sahədə ölkəmizdə ilk və tək yerli istehsalçı - “Xanni 2017” MMC-nin xaricdən xammal idxalı ilə bağlı müraciəti Dövlət Gömrük Komitəsinin və Gəncə şəhəri üzrə “KOB Dostu”nun birgə əməkdaşlığı çərçivəsində öz müsbət həllini tapıb.
Göygöl rayonunun Quşqara kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Elşən Məmmədovun mərmər emalatxanasının sənədləşdirilməsi ilə bağlı müraciəti də dövlət-özəl əməkdaşlıq platforması çərçivəsində müsbət həll edilib.
Azvision.az