Ağstafadakı kütləvi qətlin görüntüləri - VİDEO

  18 İyun 2019    Oxunub : 7843
 Ağstafadakı kütləvi qətlin görüntüləri - VİDEO
Xəbər verdiyimiz kimi, ötən gün Ağstafada 4 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən silahlı insident baş verib. Hadisə rayonun Böyük Kəsik kəndində yerləşən bazarda qeydə alınıb.
Məlumata görə, kütləvi qətlə iki ailə arasında qan davası səbəb olub. Ağstafa rayonunun Sadıxlı kənd sakini Elnur Süleymanov atasının qisasını almaq niyyətilə Şərqiyyə Musayeva, oğlanları Novruz və Şəmiddin, həmçinin Ağgöl kənd sakini Zeynəb Cəlilovanı "Kalaşnikov" markalı avtomat silahı ilə qətlə yetirib. O, daha sonra polisə gedərək könüllü təslim olub.

Azvision.az Ağstafada baş vermiş qanlı cinayətin görüntülərini təqdim edir:



Azvision.az

Teqlər: Ağstafa   Qətl