Bakıda 7 nəfəri gün vurub, biri azyaşlıdır

 Bakıda 7 nəfəri gün vurub, biri azyaşlıdır
  18 İyun 2019    Oxunub:2601
İyun ayı ərzində bu günədək Bakıda 7 nəfər günvurma ilə bağlı təcili yardıma müraciət edib.

Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, günvuran şəxslərdən biri azyaşlı olub.
Onlardan yalnız bir nəfərə yerində yardım edilib. Digərləri isə hospilitizasiya olunub. Vəziyyətləri qənaetbəxş olub, lazımi tibbi yardım göstərildikdən sonra hamısı evə buraxılıb.

Aytən Zəhra
Azvision.az




Teqlər: SN   Günvurma   Təciliyardım  





Xəbər lenti