Azərbaycanda gender bərabərliyi və media azadlığı

Azərbaycanda gender bərabərliyi və media azadlığı
  18 İyun 2019    Oxunub:3177
“Azərbaycanda Gender bərabərliyi və media azadlığı” layihəsinə yekun vurulub.
Azvision.az xəbər verir ki, bununla əlaqədar “Gender bərabərliyi və media” mövzusunda keçirilən konfransda çıxış edən Avropa Şurasının Bakı ofisinin rəhbəri səfir Zoltan Hernyes layihənin əhəmiyyətindən danışıb.

Bildirib ki, belə layihələr gender bərabərliyi, media azadlığı mövzularında müzakirələrin aparılması baxımından çox önəmlidir.

Daha sonra Avropa Şurasının Media və İnternet şöbəsinin müdiri Artemiza-Tatiana Chiscanın video-çıxışı dinlənilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova vurğulayıb ki, Azərbaycanda gender bərabərliyinə həssas yanaşma var. O qeyd edib ki, Azərbaycan gender bərabərliyinin təmini yolunu seçib və bu günə qədər qadınların hüquqlarının müdafiəsini davam etdirir.

Prezident Adminstrasiyasının nümayəndəsi Vüqar Səlimov çıxışında qeyd edib ki, Azərbaycan bundan sonra da belə layihələri dəstəkləyəcək.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı isə deyib ki, icra olunan layihə insan hüquqlarının təmini üçün aktual məqsədlər qoyub və elə bu səbəbdən uğurlu həyata keçirilib.

Konfrans digər iştirakçıların çıxışı ilə başa çatıb.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Ailə   Media  





Xəbər lenti