“70 ildə ilk dəfədir ki, belə hadisə baş verib” - Müdafiə naziri

   “70 ildə ilk dəfədir ki, belə hadisə baş verib” -     Müdafiə naziri
  18 İyun 2019    Oxunub:2796
Müdafiə naziri Zakir Həsənov Gəncədəki “Seyfəli” poliqonundan tank mərmisinin yaşayış evinə düşməsi barədə məlumatlara aydınlıq gətirib.
Azvision.az -ın məlumatına görə, nazir bildirib ki, onun göstərişi ilə həmin təlimlər dayandırılıb.

“Seyfəli" poliqonu sovet dövründən qalan bir poliqondur. Bu poliqonda 70 ildir təlimlər keçirilir və heç vaxt belə bir hadisə baş verməyib. Bizim tankın təlim mərmisi qayaya dəyib və 18 km uçub gedib evə dəyib. Komissiya məsələni araşdırır, vətəndaşa dəyən ziyan ordu tərəfindən ödəniləcək. 70 ildə birinci dəfədir ki, belə hadisə baş verib. Xoşbəxtlikdən mərmi təlim mərmisi olub, döyüş mərmisi olmayıb. Əgər döyüş mərmisi olsaydı, faciə baş verərdi”.

Nazir qeyd edək ki, komissiyanın araşdırmasından sonra həmin poliqonda təlimlərin davam etdirilib-etdirilməməsi ilə bağlı qərar veriləcək.

Anar Kəlbiyev
Azvision.az


Teqlər:





Xəbər lenti