Azərbaycanda 89 yaşlı kişi evlənib

  18 İyun 2019    Oxunub : 4388
 Azərbaycanda 89 yaşlı kişi evlənib
2018-ci ildə 50 və daha yuxarı yaşda nikaha daxil olan şəxslərin sayı 2810 nəfər olub.

Dövlət Statistika Komitəsindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 1862 nəfəri kişi, 948 nəfəri qadın olub.
Qeyd edilib ki, ötən il 60 və daha yuxarı yaşda nikaha daxil olan şəxslərin sayı 917 nəfər olub, onlardan 707 nəfəri kişi, 210 nəfəri qadındır. 70 və daha yuxarı yaşda nikaha daxil olan şəxslərin sayı isə 205 nəfərdir. Onlardan 188 nəfəri kişi, 17 nəfəri isə qadındır.

Bundan əlavə, ötən il nikaha daxil olan zaman ən yaşlı kişinin 89, ən yaşlı qadının isə 83 yaşı olub.

Aytən Zəhra
Azvision.az

Teqlər: Statistika   Evlənmək   Kişi   Qadın