Müdafiə naziri: “Silah və texnikaların 90 faizi yenidir”
Nazir bildirib ki, ordunun inkişafı göz qabağındadır: "İslahatların əsas məqsədi ordunun infrastrukturunu yeniləmək və müasir silahların alınmasıdır. Alınan yeni silahlarla bağlı daim ictimaiyyətə məlumat verilib. Paradda nümayiş etdirilən silah və texnikanın 90 faizi yeni idi. Bütün silahlar orada nümayiş etdirilmədi. Məxfiçilik baxımından. Məlumdu ki, biz müharibə şəraitində yaşayırıq".
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Müdafiə-Naziri Zakir-Həsənov Ordu