Lerikdə üç nəfər “Əməkdar həkim” fəxri adını alıb
Tədbirdə çıxış edən Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncamla Respublikanın sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətləri və Azərbaycan Xalq Cümhuriyyəti Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılması nəzərə alınaraq hər il iyunun 17-nin Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunması qərara alınıb.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin səhiyyə sistemi gündən-günə inkişaf edir, paytaxtda və bölgələrdə müxtəlif tibb müəssisələrinin fəaliyyəti üçün maddi-texniki baza gücləndirilir.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov rayonun tibb işçilərini peşə bayramı günü münasibətilə təbrik edərək bildirib ki, əhalinin sağlamlığının qorunması, tibbi yardımın keyfiyyətinin yüksəldilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim diqqətindədir. Ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması üçün müvafiq qanunvericilik bazası təkmilləşdirilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə bir qrup tibb işçiləri fəxri adlara, dövlət təltiflərinə layiq görülüblər. Onların arasında Lerik rayonunda fəaliyyət göstərən tibb işçiləri də var. Rayon üzrə üç nəfər “Əməkdar həkim” fəxri adına layiq görülüb.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Lerik rayon təşkilatı aparatının rəhbəri Elxan Qənbərov, Nücü kənd həkim məntəqəsinin müdiri Ağaddin Rzayev, Milli Məclisin deputatı İqbal Məmmədov ölkəmizdə bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də inkişafın yüksəldilməsi, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması yönündə böyük tədbirlərin həyata keçirildiyini vurğulayaraq səhiyyənin inkişafına, tibb işçilərinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda rayonun tibb işçilərinin bir qrupuna fəxri-fərmanlar təqdim olunub.
Azvision.az
Teqlər: