Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan
Azvision.az -ın bölgə müxbirinə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaş-xaş 2019" tədbirlər planı çərçivəsində daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Pensər kəndinin sakini Xəyalət Zakirov və həyat yoldaşı T.Zakirovanın yaşadıqları fərdi evin həyətində sonuncunun həmkəndlisi olan qardaşı, əvvəllər məhkum olunmuş Zahir Şükürovla birlikdə aqrotexniki qulluq göstərməklə yetişdirdikləri 31 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.
Azvision.az