Ağdamda istifadəyə yararsız 120 kq ət aşkarlanıb

  17 İyun 2019    Oxunub : 961
Ağdamda istifadəyə yararsız 120 kq ət aşkarlanıb
Daxili İşlər Nazirliyi əməkdaşlarının və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə Ağdam rayonu ərazisində tədbir keçirilib.
DİN-in Mətbuat xidmətindən Azvision.az - a verilən məlumata görə, Maqsudlu kənd sakini Yavər Azadovun idarə etdiyi “QAZ-2410” markalı avtomobilə baxış zamanı mənşəyi məlum olmayan, natəmiz vəziyyətdə və istifadəyə yararsız 120 kiloqram çəkidə mal əti aşkar edilib.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib, araşdırmalar aparılır.

Azvision.az

Teqlər: Ağdam   Yarasızət