Taxıl sahələrinin 31,1 faizində biçin başa çatıb

   Taxıl sahələrinin 31,1 faizində biçin başa çatıb
  17 İyun 2019    Oxunub:1763
İyunun 16-na olan operativ məlumata görə, ölkə ərazisində 323916,21 hektar ərazidə taxıl biçini aparılıb, 242829,6 hektar ərazidə arpa, 81086,65 hektar ərazidə buğda biçini başa çatıb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, ümumilikdə bu günədək ölkə üzrə 988966,7 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 30,5 sentner təşkil edir.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu il 100 min hektar daha çox biçin aparılıb.

Samux, Balakən, Masallı, Cəlilabad, Beyləqan, Bərdə, Neftçala, Biləsuvar, Yevlax, Zərdab, Kürdəmir, Saatlı, Sabirabad, Cəbrayıl, Füzuli, Ağdam, Tərtər rayonlarında arpa biçini başa çatmaq üzrədir. Digər rayonlarda biçin prosesi qrafikə uyğun davam edir.

Arpa üzrə Samux rayonunda orta məhsuldarlıq 34,7 s/ha, Şəkidə 33,6 s/ha, Cəlilabadda 35,2 s/ha, Ağcabədidə 33,5 s/ha, Salyanda 37,3 s/ha, Kürdəmirdə 33,2 s/ha, Saatlıda 36,2 s/ha, Sabirabadda 37,5 s/ha, Ağdamda 35,6 s/ha, Tərtərdə 34 s/ha, təşkil edir.

Azvision.az



Teqlər: KTN   Taxıl   Arpa   Biçin  





Xəbər lenti