Astarada çətənə kolu yetişdirən ailə saxlanılıb
Hadisə yerinin müayinəsi zamanı Pensər kənd sakini Xəyalət Zakirov və həyat yoldaşı T.Zakirovanın yaşadıqları fərdi yaşayış evinin həyətində sonuncunun qardaşı, əvvəllər məhkum olunmuş Zahir Şükürovla birlikdə aqrotexniki qulluq göstərməklə yetişdirdikləri 31 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Azvision.az
Teqlər: DİN Astara Çətənəkolu