Nazirlik: 554 ton yaş barama təhvil verilib

      Nazirlik:   554 ton yaş barama təhvil verilib
  17 İyun 2019    Oxunub:1476
16 iyun tarixinədək kümçülər tərəfindən 553,88 ton yaş barama təhvil verilib.
Azvision.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib. O bildirib ki, bu göstərici 2018-ci ilin ümumi göstəricisindən 40 ton çoxdur.

"Ötən il ölkə üzrə 513,9 ton barama tədarük olunmuşdu. Bu il ən çox barama təhvil verən Zərdab (64,7 ton), Zaqatala (51 ton), Füzuli (49,71 ton), Balakən (37,84 ton) və Şəki (37,3 ton) kümçüləridir. Respublikanın 38 rayonunda yaş barama tədarükü davam edir".

Azvision.az



Teqlər: KTN   Barama  





Xəbər lenti