Azərbaycan, Rusiya və İran prezidentləri Soçidə görüşəcək

  16 İyun 2019    Oxunub : 2681
 Azərbaycan, Rusiya və İran prezidentləri Soçidə görüşəcək
Azərbaycan, Rusiya və İran prezidentləri İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani bu ilin avqust ayında Soçidə görüşəcək.
Azvision.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın Şimali Qafqaz işləri üzrə naziri Sergey Çebotaryev bildirib.

"İran və Şimali Qafqaz: tarix və əməkdaşlıq perspektivləri" konfransının açılışında çıxış edən S. Çebotaryev deyib ki, avqust ayında Soçidə Azərbaycan, Rusiya və İran prezidentləri arasında yüksək səviyyəli görüşün keçirilməsi planlaşdırılır.

Azvision.az

Teqlər: Putin   Ruhani   İlham-Əliyev   Soçi