Bakıda maşın yandı, yolda tıxac yarandı - FOTO

  14 İyun 2019    Oxunub : 2361
 Bakıda maşın yandı, yolda tıxac yarandı - FOTO
Paytaxtın Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində nəqliyyat vasitəsi yanıb.
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən hazırda Yusif Səfərov küçəsi, Babək və Şah İsmayıl Xətai prospektlərindən Heydər Əliyev prospekti istiqamətində tıxac müşahidə edilir.

Qeyd edilən və ətraf küçələrdə nəqliyyat vasitələrinin hərəkətində sıxlığın aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.



Azvision.az


Teqlər: BNA   Maşın   Yanğın   Tıxac