“Azərsu” sədri Qubada sakinləri qəbul edib

“Azərsu” sədri Qubada sakinləri qəbul edib
  14 İyun 2019    Oxunub:2385
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iyunun 14-də Qubada Quba və Qusar rayonlarından olan sakinləri qəbul edib.
Azvision.az xəbər verir ki, Quba Sukanal Sahəsinin inzibati binasında keçirilən qəbulda Quba və Qusar rayonlarından olan 40 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən içməli su təchizatı və kanalizasiya, içməli sudan əziyyət çəkən kəndlərin su təchizatının yaxşılaşdırılması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən “Azərsu” ASC-nin sədri şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Azvision.az



Teqlər: QorxmazHüseynov  





Xəbər lenti